Türkiyənin Hatay bölgəsinin Samandağ rayonunda meşəlik ərazidə yanğın baş verib.

"Unikal" xəbər verir ki, rayonun Yeniköy və Ceylandere məhəllələrinin dağlıq ərazisində naməlum səbəbdən yanğın baş verib.

Ətrafdakıların xəbərdarlığı ilə yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 8 su çiləyici, 2 su tankeri və 60 canlı qüvvə göndərilib. 

Meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.