ABŞ administrasiyası hesab edir ki, korrupsiya ittihamı irəli sürülən senator Robert Menendesin (Nyu Cersidən olan demokrat) istefası barədə qərarı özü və Amerika qanunverici orqanının yuxarı palatasının rəhbərliyi verməlidir.

"Unikal" xəbər verir ki, bu fikri Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Mətbuat katibindən "ABŞ lideri Co Bayden Menendesin istefaya getməsini vacib hesab edirmi?" sualı soruşulub O isə belə münasi ət bildirib: "Bu, ciddi problemdir. Biz bunu çox ciddi qəbul edirik. Hesab edirik ki, (ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin senatoru]) sədr vəzifəsindən müvəqqəti olaraq istefa verməklə düzgün addım atıb və istefaya gəlincə, bu qərar özü və Senat rəhbərliyi tərəfindən verilməlidir."

ABŞ Konqresinin hər iki palatasındakı bəzi demokratlar qanunvericinin istefasını tələb edirlər. Onlar arasında senatorlar Con Fetterman (R-Pa.), Con Tester  və Cory Booker, həmçinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də var.

Qeyd edək ki, Menendez son 10 ildə ikinci dəfə korrupsiya cinayətlərində ittiham olunur . Senator rüşvətxorluq və sui-qəsd də daxil olmaqla üç cinayətdə ittiham olunur .