Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edib ki, Əfqanıstanda Taliban administrasiyası ilə dialoq davam etdirilməlidir. BMT məsələ ilə bağlı açıqlamasında "Dialoq tanınma demək deyil" deyib.

"Unikal" xəbər verir ki, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva BMT Təhlükəsizlik Şurasında keçirilən Əfqanıstan sessiyasında çıxış edib.

Kənd təsərrüfatına əsaslanan bir ölkə olduğunu, Əfqanıstanın iqlim dəyişikliyinin yaratdığı quraqlıqdan ciddi şəkildə təsirləndiyini bildirən Otunbayeva üzv ölkələri Əfqanıstana yardım planını dəstəkləməyə çağırıb.

Otunbayeva kifayət qədər maliyyə olmadığı üçün bir çox humanitar yardım proqramının dayandırıldığını bildirərək, xüsusilə qış ayları yaxınlaşdıqca yardımların təcili olaraq artırılmasının lazım olduğunu vurğulayıb.

Pozuntulara baxmayaraq Taliban administrasiyası ilə dialoqun aparılması ilə bağlı tənqidlərin olduğuna diqqət çəkən Otunbayeva, "Taliban rəhbərliyi ilə dialoqun davam etdirilməsi üçün əlaqənin davam etdirilməsi lazım olduğunu iddia edirik. Dialoq tanınma demək deyil.  Biz sözügedən siyasətləri qəbul edirik, əksinə, dialoq yolu ilə bu siyasətləri dəyişdirməyə çalışırıq” - deyə o bildirib.

Otunbayeva tərəflər arasında etimadsızlığın problem yaratmağa davam etdiyini, lakin dialoq qapılarının hələ də açıq olduğunu deyərək, "Problemlərə baxmayaraq hələ də fürsət var. Qapıların açılması üçün səylərimizi davam etdirməliyik” -qeyd edib.