"Hərbi xüsusi əməliyyatın məqsədlərinə 2025-ci ilə qədər tam nail olmaq lazımdır".
"Unikal"
xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Departamentin Kollegiyasının iclası zamanı bildirib.
Nazir vurğulayıb ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqda davam edir, Ukrayna Silahlı Qüvvələrini hərbi əməliyyatlar aparmağa, Kiyev isə təlimsiz əsgərləri mənasız hücumlara göndərməyə məcbur edir.

Şoyqunun sözlərinə görə, Kiyev və onun himayədarlarının hərəkətləri əslində Ukraynanı məhvə sürükləyir.

Şoyqu qeyd edib ki, Rusiya şəxsi heyətin hazırlığını təkmilləşdirmək və ordunu ən müasir silah növləri ilə təchiz etməklə Silahlı Qüvvələrinin gücünü artırmağa davam edir.