İspaniya prokurorluğu "Şakira" ləqəbli kolumbiyalı müğənni İzabel Mebarak Ripolla qarşı vergidən yayınma ittihamı ilə yeni iddia irəli sürüb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Şakira bundan əvvəl İspaniyada yaşadığı dövrlə əlaqədar 2012-2014-cü illər arasında 6 müxtəlif maliyyə cinayətə görə ittiham olunurdu.
Barselona Əyalət Məhkəməsi isə bu dəfə müğənniyə qarşı 14,5 milyon avro vergidən yayınma ittihamı irəli sürüb.
İkinci ittihamla bağlı prokurorluq Şakiraya hazırda yaşadığı Mayamidən videokonfrans vasitəsilə ifadə vermək imkanı yaradıb.