Kanada parlamentinin spikeri Entoni Rota nasisti dəvət etmək qalmaqalı fonunda istefa verdiyini bildirib.
"Unikal" xəbər verir ki, o, parlamentdə deyib: “Kədərlə Parlamentə İcmalar Palatasının sədri vəzifəsindən istefa verdiyim barədə məlumat verirəm”.
O, sentyabrın 27-də vəzifəsini rəsmən tərk edəcək.