Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ən azı 9701 dinc sakin həlak olub, 17748 dinc sakin isə yaralanıb.
"Unikal"
xəbər verir ki, bu barədə BMT-nin ofisinin hesabatında deyilir.

“Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumunun başlanğıcı olan 2022-ci il fevralın 24-dən 2023-cü il sentyabrın 24-dək İHKM ölkədə 27 449 mülki itki qeydə alıb.  Müharibədən bu günə kimi 9 701 nəfər həlak olub, 17 748 nəfər yaralanıb”.

Hesabata görə faktiki rəqəmlər xeyli yüksəkdir, çünki intensiv hərbi əməliyyatların getdiyi bəzi yerlərdən məlumatların alınması gecikdirilib və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir.

Xüsusilə, çoxsaylı mülki itkilər barədə iddiaların olduğu Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Sievierodonetsk (Luqansk vilayəti) məlumatlarının təsdiqlənməsi lazımdır.

BMT-nin təsdiq etdiyi məlumatlara görə, cinsiyyəti hələ məlum olmayan 4521 kişi, 2707 qadın, 289 oğlan, 237 qız, 29 uşaq və 1918 böyük öldürülüb.

BMT 2022-ci ilin mart ayını mülki insanlar üçün ən ölümcül ay adlandırır: o zaman ən azı 4154 nəfər həlak olmuşdu.