Xocalı qatillərindən biri olan Samvel Babayanın Qarabağdan qaçması xəbərini vermişdik. 

"Unikal" erməni KİV-lərinə istinadən bildirir ki, qondarma rejimin keçmiş "komandanı" Samvel Babayan Qarabağdan İrəvana necə qaçdığını açıqlayıb. 

"Ağdərə rayonunun kəndlərinin sakinləri əvvəlcə Xankəndiyə, sonra isə İrəvana köçürüldü. Məhz həmin karvanla mən də İrəvana gəldim. Bütün vətəndaşlar kimi maşından düşdüm. 15 metr getdim, orada (Laçın dəhlizi - red.) bir polis dayanmışdı, onunla salamlaşdım, maşına minib yola düşdüm. Amma mən maşın skanerdən keçəndən sonra maşına mindim", - deyə separatçı bildirib. 

O, qeyd edib ki, Araik Arutyunyan, Arkadi Qukasyan və Samvel Şahramanyan məhkəmə qarşısına çıxarılmalıdır: "Bu insanlar dövlət cinayətkarlarıdır. Onlar Ermənistan ərazisinə girən kimi cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Ağarza Elçinoğlu