"Əldə edilən məlumata görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa razı salırlar". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. 

"İrəvanı KTMT-dən çıxmaqla yanaşı, həm də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə və Bakı ilə sülh müqaviləsi imzalamağa inandırırlar", - deyə Zaxarova qeyd edib. 

O, bu günlərdə amerikalı siyasətçilərin, xüsusən də USAID-in rəhbəri Samanta Pauer, dövlət katibinin köməkçisi Yuri Kimin və Senat nümayəndə heyətinin fəal səfərlərinə diqqət çəkib. 

Ağarza Elçinoğlu