İranın çərşənbə günü orbitə buraxılan yeni təsvir peyki İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat tələblərini yerinə yetirməsinə kömək edəcək.

"Unikal" xəbər verir ki, bu barədə SEPAH komandiri general-mayor Hossein Salami bildirib.
Onun sözlərinə görə, Noor-III kimi tanınan Nəcm (ulduz) peyki Yer kürəsindən 450 kilometr yüksəklikdə uğurla orbitə çıxarılıb.

Komandir qeyd edib ki, yeni peykin Yer səthindən götürdüyü məlumatlar və şəkillər “SEPAH-ın kəşfiyyat tələblərini” tamamlamaq və yerinə yetirmək üçün toplanacaq.

İran Keşikçiləri Korpusunun ardıcıl peyklərin buraxılması ilə daha müasir texnologiyalara nail olmaq planlarına işarə edən general, yeni peykin əvvəlki versiyası olan Noor-II-dən yeddi kiloqram ağır olduğunu bildirib.

General-mayor Səlami qeyd edib ki, Nəcm daha yüksək keyfiyyətli və ayırdetmə qabiliyyətinə malik təsvir cihazları ilə təchiz olunub.

SEPAH 2020-ci ilin aprelində Nur-I və 2022-ci ilin martında Nur-II adlı ilk İran hərbi peykini kosmosa göndərib.

Hər üç peyk SEPAH Aerokosmik Qüvvələri tərəfindən layihələndirilən və istehsal edilən Qassed peyk daşıyıcısı tərəfindən orbitə göndərilib.