Oğuzda yol-nəqliyyat hadisəsi olub. 

"Unikal" xəbər verir ki, hadisə Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi "VAZ-2106" markalı minik  avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub və  avtomobil kanala aşıb. 

Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.