Almaniyada dörd "Volkswagen" zavodu fəaliyyətini dayandırıb. Buna səbəb kimi İT sistemlərindəki problemlər göstərilir.

"Unikal" xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti konsernin nümayəndəsinə istinadən yazır. Nəşr qeyd edir ki, nasazlıq yerli vaxtla günorta saatlarında Volfsburqdakı əsas zavodun ofislərində qeydə alınıb. Daha sonra istehsal üç montaj xəttində dayandırılıb - Emden, Osnabrück və Zwickau.

Eyni zamanda məqalədə bildirilir ki, kənardan İT sistemlərinə qəsdən təsir göstərən ssenari mümkünsüz hesab olunur.