Dayaqla tullanma üzrə Olimpiya çempionu Yelena İsinbayeva Rusiyadakı xeyriyyə fondunu bağlayıb.

"Unikal" xəbər verir ki, xeyriyyə təşkilatının sosial media səhifələri də silinib. 

Fondun son tədbiri 2022-ci il yanvarın 15-16-da Moskvada keçirilib. 

Xatırladaq ki, Rusiya ordusunda mayor rütbəsi olan İsinbayeva 2023-cü ilin fevralında 50 il müddətinə Ukraynanın sanksiya siyahısına salınıb.

Nuranə Abbasova