Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın dəstəklədiyi ekstremistlərə qarşı mübarizəsindən bəhs edən “Super Bığ" (Super Bigot) adlı cizgi filminin yeni bölümünü rəsmi sosial media hesabında paylaşıb.

"Unikal" xəbər verir ki, istifadəçilərdən çoxlu şərh və bəyənmə alan cizgi filminin yeni bölümü ilə bağlı Maduro, “Sizi Venesuela xalqında sabitliyi pozmağa çalışan ekstremistlərə qarşı mübarizə aparan və onları dəmir yumruğu ilə məğlub etməyə davam “Super Bığ” adlı yeni bölümünə baxmağa dəvət edirəm" -deyə paylaşım edib.

Filmdə, ekstremistlərin dərhal hərəkətə keçməsini istəyən ABŞ bayraqlı personaj “5 başlı canavar”a Maduro hökumətini məhv etmək, insanların evlərini tərk edərək küçələri xaosa çevirmək və sanksiyaları daha da intensivləşdirmək,  elektrik və su xətlərini kəsmək üçün göstərişlər verir.

Cizgi filmi 5 başlı canavarın planlarını öyrənən "Super Bığlı" personajın hərəkətə keçərək düşmənini yumruqları ilə məhv etməsi ilə bitir.