Misirin Ankaradakı səfiri Əmir Süleyman Abdülməcid əl-Hamami etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb.

Diplomat 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

O, əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib.

Qeyd edək ki, Misir sonuncu dəfə 10 il əvvəl Türkiyəyə səfir göndərib.