ABŞ-ın Pensilvaniya ştatında ən azı 100 nəfərdən ibarət qrup Apple mağazalarını və geyim mağazalarını qarət edib.

"Unikal" xəbər verir ki, dünən yerli vaxtla saat 20:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində mağazalar qarət edilib. Velosipedli və maskalı ən azı 100 nəfərlik bir qrup Apple mağazasına və Lululemon və Foot Locker kimi geyim mağazalarına basqın edib. Mağazalardan məhsulları götürərək qaçmağa çalışan soyğunçularla polis arasında münaqişə yaranıb.

Polisin verdiyi açıqlamada hadisə yerində ən azı 20 nəfərin tutularaq nəzarətə alındığı və 2 silahın götürüldüyü bildirilib.