Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş arvadı Sandra Rulovs iki ildən sonra ilk dəfə onu ziyarət edib. 

"Unikal" xəbər verir ki, Rulovs bu barədə sosial şəbəkədə yazıb.

O bildirib ki, keçmiş ərini ziyarət etmək üçün psixoloji cəhətdən hazırlaşmağı 2 il çəkib. 

Rulovsun Saakaşvili ilə görüşü Tbilisi klinikasında baş tutub. Artıq birlikdə olmadıqlarını vurğulayan Sandra Saakaşviliyə can sağlığı və xoşbəxtlik arzulayıb.

Nuranə Abbasova