"Sandra çox səxavətli və ağıllı insandır, onunla görüşdüyümə çox sevindim. Qazandıqlarımın çoxunu ona borcluyam".
"Unikal" xəbər verir ki, Mixeil Saakaşvili keçmiş həyat yoldaşı ilə bağlı Facebook sosial şəbəkəsində paylaşım edib.
"Sandra çox səxavətli və ağıllı insandır, onunla görüşdüyümə çox sevindim. Qazandıqlarımın çoxunu ona borcluyam. Bir-birindən vətənpərvər olan iki övlad böyütdük. Sandra mənim həyatımın əsas sevgisi olaraq qalır, çünki bu, çox böyük bir sevgi hekayəsi və şəxsiyyətimin vacib hissəsi idi. Onu incitdiyim anların hamısı üçün çox üzgünəm. Gələcəkdə mən onun, Eduard və Nikolozun yanında olmaq üçün hər şeyi edəcəyəm”.