Türkiyənin xarici işlər naziri Hakan Fidan millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bağşsağlığı verib.
"Unikal" xəbər verir ki, türkiyəli nazir bu barədə özünün "X" səhifəsində yazıb.
“TİKA sədri olduğum müddətdən bəri yaxından tanıdığım, fəaliyyəti ilə Azərbaycanın və bütün türk dünyasının hüquqlarını hər platformada uğurla müdafiə edən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatı məni dərindən kədərləndirdi. Azərbaycan xalqına və türk dünyasına başsağlığı verirəm. Allah rəhmət eləsin!”, - deyə nazir qeyd edib.