“Zəngəzur dəhlizi”nin açılması təklifi NATO PA-nın gündəliyinə daxil edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının (PA) - İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya bildirib.
Türkiyəli deputatın sözlərinə görə, onun NATO PA iclasının gündəliyinə təqdim etdiyi Zəngəzur dəhlizinin açılması təklifi NATO PA-nın iclasının gündəliyinə qəbul olunan müzakirələr sırasına salınıb.
Onun sözlərinə görə, o, öz mətnində regionda yeni dəhlizin açılmasının NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə müsbət təsir edəcəyini qeyd edib.
Türkiyəli millətçi deputatın fikrincə, “Zəngəzur dəhlizi”nə təkcə iqtisadi və ya enerji maraqları baxımından baxmaq lazım deyil, “bu dəhliz eyni zamanda türk dünyasına və Turana açılan bir yoldur”.