Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
"Unikal" xəbər verir ki, XİN-in “X” hesabında yazılıb:
"Biz Pakistanın Mastunq və Hanqu şəhərlərində məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik".