Las-Veqas polisi amerikalı reper Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi 27 ildən sonra həbs edib.
"Unikal" xəbər verir ki, "Keefy D" kimi tanınan Dueyn Kit Devis nəzarətə götürülüb.
Hələ 2019-cu ildə açıqlamalarında 25 yaşlı musiqiçinin vurulduğu avtomobildə olduğunu etiraf edən Devis arxa oturacaqdan atəş açıldığı zaman ön oturacaqda oturduğunu iddia edib.
O, cinayəti qohumu Orlando Andersonun törətdiyini bildirib və bunu "Baby Lane" ləqəbli qohumunun Şakurla rəqabət aparması ilə əlaqələndirib. Orlando Anderson isə hadisədən 2 il sonra dünyasını dəyişməzdən əvvəl Tupak Şakurun ölümündə əli olmadığını bildirmişdi.
Devisin arvadının evində axtarış aparılıb – polislər kompüterlər, mobil telefon və sərt disk, həmçinin Tupak haqqında məqalələr yazılmış jurnallar və bir neçə 40 kalibrli güllə müsadirə ediblər.
Nuranə Abbasova