Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən, firavan və hər şeydən öncə dinc regiona çevrilməsini istəyir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə deyib.
Erməniəsilli sakinlərin bölgəni tərk etməsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi “etnik təmizləmə” ifadəsini qəbuledilməz olduğunu vurğulayaraq köçün sərbəst şəkildə baş verdiyini diqqətə çatdırıb.
“Bilirik ki, ermənilər və beynəlxalq KİV bütün əsgərləri həbs etmək niyyətimizin olduğunu deyir. Əgər silahları təhvil versələr, azaddırlar və Ermənistan Respublikasına getmək imkanları var”, - Hikmət Hacıyev əlavə edib.