İngiltərə Premyer Liqasının 7-ci turunun matçında "Arsenal" səfərdə "Bornmut"u 4:0 hesabı ilə məğlub edib.

"Unikal" xəbər verir ki, qələbə "topçular"ın Premyer Liqada 650 illik yubileyi olub.

"Arsenal" Premyer Liqa tarixində 650 qələbəlik göstəriciyə çatan ikinci klub oldu. "Mançester Yunayted" Premyer Liqada 729 qələbə qazanıb.