BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan "EXPO Doha 2023" beynəlxalq bağçılıq sərgisini ziyarət etmək üçün Qətərə gedib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu, BƏƏ prezidentinin Qətərə 2023-cü ilin iyununda ölkələr arasında diplomatik münasibətlərin bərpasından sonra ilk səfəri olub.
Prezidenti Doha hava limanında Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani qarşılayıb.
İyunun 19-da Qətər və BƏƏ 2017-ci ildə dondurulmuş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
Nuranə Abbasova