"Vətəndaş Elçin Məmmədov TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə huşsuz vəziyyətdə yerləşdirilib".
KTM-dən "Unikal"a verilən məlumata görə, ona zəruri tibbi xidmət göstərilib, hazırda vəziyyəti stabildir.
"Lakin onun intihar edib-etməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Suallara adekvat cavab vermir. Klinika bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Onun müalicəsi davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
*** 22:30
Vətən müharibəsi qazisi intihara cəhd edib.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.
Belə ki, üç ildir ƏƏSMN-dən əlilliyini ala bilməyən, Bakıda yaşayan Siyəzən rayon sakini Məmmədov Elçin özünə qəsd edib.
Onun hazırda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində komada olduğu bildirilir.