Nigerin qərbində dini radikallar olduğu güman edilən şəxslərin hücumu nəticəsində 29 hərbçi ölüb.
"Unikal"ın məlumatına görə, bu barədə "AFP" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
Bildirilib ki, bu hücum Nigerdə iyulun sonunda böhran başlayandan bəri ən böyük hücum olub. Nazirliyin televiziya vasitəsilə yayımlanan bəyanatında deyilib ki, “100-dən çox terrorçu” hadisədə iştirak edib. Onun sözlərinə görə, hücum edənlər “əldəqayırma partlayıcı qurğular və kamikadze nəqliyyat vasitələrindən” istifadə ediblər.