İngiltərə Premyer Liqasının 7-ci turunun yekun oyunu “Fulhem” və “Çelsi” arasındakı Qərbi London derbisinə təsadüf edib.
"Unikal" xəbər verir ki, matç Londonun “Kreyven Kottec” stadionunda baş tutub.
Tim Robinsonun başçılıq etdiyi hakimlər briqadasının idarə etdiyi matçda “zadəganlar” inamlı qələbə qazanıblar.
Belə ki, oyunda hesab erkən açılıb: 18-ci dəqiqədə “mavilər”in ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik fərqlənib. Ona məhsuldar ötürməni Levi Kolvill edib. Cəmi bir dəqiqə sonra qonaqlar hesabdakı üstünlüklərini artırıblar: albaniyalı Armando Broya qola imza atıb. Qarşılaşmanın ikinci yarısı isə qolsuz davam edib.