Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun matçlarına start veriləcək.
"Unikal" xəbər verir ki, ilk oyun günündə dörd qrupda səkkiz qarşılaşma baş tutacaq.
A qrupunda mübarizə aparan Türkiyə “Qalatasaray”ı İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Bu qrupun digər matçında “Kopenhagen” klubu Danimarkada Almaniya “Bavariya”sını qəbul edəcək.
B qrupunda İngiltərə “Arsenal”ı Fransada “Lans”la, İspaniya “Sevilya”sı isə Niderlandda PSV ilə qarşılaşacaq.
C qrupunda Almaniya “Union”u evdə Portuqaliya təmsilçisi “Braqa”nı sınağa çəkəcək. Gecənin ən maraqla gözlənilən oyunlarından biri İtaliyada “Napoli” ilə İspaniya “Real Madrid”i arasında keçiriləcək.
D qrupunda isə Avstriya “Zaltsburq”u İspaniya “Real Sosyedad”ını, İtaliya “İnter”i isə Portuqaliya “Benfika”sını qəbul edəcək.
Qeyd edək ki, II turun digər matçları oktyabrın 4-də keçiriləcək.