Xəbər verdiyimiz kimi, Qarabağın erməni separatçılarının keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağdakı millətçi “Daşnaksütyun” partiyasının lideri, keçmiş “parlament sədri” David İşxanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

"Unikal"ın məlumatına görə, Qarabağdakı separatçı rejimin keçmiş lideri Arayik Arutyunyan da Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilir.