Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.

"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra dünyasını dəyişdiyi məlum olub.

Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.