Avropa Şurası oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti zamanı Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etmək üçün əzmlə çalışır.
"Unikal" xəbər verir ki, bu məlumatı Aİ-nin Brüsseldəki yüksək səviyyəli nümayəndəsi jurnalistlərlə bölüşüb.
Diplomat belə bir görüşün mümkünlüyünü təsdiqləməyin hələ tez olduğunu bildirib, lakin oktyabrın 4-nə keçən gecəyə qədər bu məsələyə aydınlıq gətirilməlidir deyib.
Aİ Ermənistan, Azərbaycan, həmçinin Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə görüşü “iki üstəgəl üç” formatında təşkil etməyi hədəfləyir. Məqsəd çətin vəziyyətə baxmayaraq, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etməkdir.