Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat verib.
“Cənab Əliyev İspaniyaya səfərini ləğv etdi, çünki Türkiyənin bu görüşdə iştirakına icazə verilmədi. Mən bu qərarı alqışlamaq istərdim. Təsəvvür edin: Fransa, Almaniya və Avropa Birliyi iştirak edəcək, Ermənistan iştirak edəcək, Azərbaycan dəvət olunur, Türkiyə isə iştirak etmir. Bizim prezidentimiz olmadan bu məsələni müzakirə edəcəklər”, - deyə Çelik bildirib.
Nuranə Abbasova