"Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" sosial şəbəkə hesabında Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iddialarına cavabında yazıb.
"Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb", - deyə Hacızadə bildirib.