Ermənistanda koronavirusa yoluxma hallarında kəskin artım qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatında deyilir.

Belə ki, son 7 gündə ölkədə 217 COVID-19-a yoluxma halı qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə 95 nəfər və ya 43,7% artıb.

Qeyd edilir ki, hazırda SARS-CoV-2 subvariantları dövriyyədədir - BA.2.86 (Pirola), EG.5 (Eris), XBB.1.5 (Kraken), Xbb.2.3 (Acrux).

Hazırda Ermənistanda EG.5-ə yoluxma halı qeydə alınmayıb.

Nuranə Abbasova