"Azərbaycan Prezideni İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana sülhməramlıların statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib və Paşinyan da bunu təsdiqləyib. Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi statusunu müəyyən edərək öz mövqeyində köklü dəyişikliklər etdi".
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Forumunda bildirib:
“Bundan sonra görüşlərin birində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə yaxınlaşıb dedi: “Görürsən, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir". Hətta Qarabağın Azərbaycanın tərkibində statusu müəyyən edildikdən sonra sülhməramlılarımızın statusu da dərhal dəyişdi. İlham Əliyev dedi: "Sizin hərbçilər bizim ərazimizdədirlər, gəlin indi onların ikitərəfli əsasda statusuna razılaşaq. Paşinyan da təsdiqlədi ki, indi ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır".