"Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qətnamə qəbul edilib. Belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşmaıs ilə heç cür barışa bilmirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. MM sədri bildirib ki, Fransa və digər ölkələr, təşkilatlar Azərbaycanın uğurlarını həzm etməyən qüvvələrin bütün cəhdləri əbəsdir:
"Haqq və ədalət hər zaman Azəərbaycanın tərəfindədir. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib. Qarabağ bölgəsində erməni sakinlərin reinteqrasiyası üçün dövlətimizin həyata keçirdiyi tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkmədiyini göstərir. Azərbaycanı etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir. Sözügedən sənəd əsasən fransalı deputatların təşəbbüsü ilə hazırlanaraq müzakirəyə çıxarılmışdı. Bu da təsadüfü deyil. Çünki Fransa bütün dəyərləri bir kənara qoyaraq təcavüzkar Ermənistanın yanında yer alır”.
Anar Kəlbiyev