Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri barədə qanun layihələrinə bir oxunuşda baxılacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı, parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklik “Normativ hüquqi aktlar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.