Fransa 9 oktyabr bazar ertəsi günü Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdirilməsinin yerini müəyyən edib. Qoşunlar Fransanın Saheldəki qüvvələrinin qərargahının yerləşdiyi qonşu Çada yerləşdiriləcək.

Fransa Silahlı Qüvvələr komandanlığının nümayəndələri məhdud kontingentin çıxarılması proseduru ilə bağlı üsyançılarla razılaşıblar.