Tayvanda “Koinu” qasırğası zamanı xəsarət alan ən azı 431 nəfər tibbi müalicə üçün müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə adanın fövqəladə hallar üzrə əməliyyat qərargahı məlumat yayıb.

“Saat 20:30-a 431 xəstə təcili tibbi yardım müəssisələrinə müraciət edib”, - qərargahın nümayəndəsi mətbuat konfransında bildirib. Onlardan üç nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta, qalanlarının isə yüngül xəsarət aldığı bildirilir. Bundan əvvəl 356 nəfərin öldüyü deyilirdi.

Koinu tropik qasırğası sentyabrın 30-da Filippinin şərqində əmələ gəlib və daha sonra tayfuna çevrilib.