Fələstinli yaraqlıların keçirdiyi əməliyyat  zamanı 35 İsrail əsgəri əsir götürülüb.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. 

“İndiyə qədər 35 İsrail əsgəri əsir götürülüb”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant şənbə günü, oktyabrın 7-də səhər Qəzza zolağından həyata keçirilən silsilə raket hücumlarından sonra ölkənin mərkəzində və cənubunda “xüsusi təhlükəsizlik vəziyyəti”nin tətbiqi barədə göstəriş verib.