İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əvivdə Kiriyadan əhaliyə müraciət edib.

"Unikal" xəbər verir ki, baş nazirin müraciətini yerli KİV-lər yayıb. 

"İsrail vətəndaşları, biz müharibə edirik. Bu kiçik əməliyyat deyil...Müharibədir. HƏMAS bugünkü hücumu “ödəyəcək", - o, deyib. 

 Netanyahu deyib ki, o, “sərhəd yaşayış məntəqələrini terrorçulardan təmizləmək” və “ehtiyat qüvvələrini səfərbər etmək” əmrini verib.

Hökumət başçısı İsrail vətəndaşlarını ordunun və Daxili Cəbhə Administrasiyasının göstərişlərinə tabe olmağa çağırıb.