Rusiya tərəfindən ilhaq olunmuş Xerson vilayətində naməlum şəxslər terror aktı törədiblər.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, "Vahid Rusiya"nın yerli bölməsinin katibi Vladimir Malov avtomobildə olarkən partladılıb. 

Hadisə nəticəsində rus məmur ağır yaralanıb. Partlayış səhər saatlarında baş verib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.