Rusiyanın Strateji Raket Qüvvələri (RVSN) yeni “Sarmat” qitələrarası ballistik raketini (ICBM) döyüş növbətçiliyinə verir.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu  Krasmaşda keçirilən iclasda deyib. 

“Rusiyanın strateji nüvə qüvvələrinin yerüstü qruplaşmasının əsasına çevriləcək bu komplekslə Strateji Raket Qüvvələrinin yenidən təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində prioritet məsələdir. Hazırda müəssisədə ilk seriyalı raketlər hazırlanır və onlar yaxın gələcəkdə döyüş növbəsinə buraxılacaq”, - Rusiyanın müdafiə naziri qeyd edib.