Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.
"Unikal" Apa-ya istinadən xəbər verir ki, hadisə şəhər xəstəxanasında baş verib.
Sumqayıt sakini 1987-ci il təvəllüdlü Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb.
Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.