Dərman ehtiyatı tükənir.

"Unikal" xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağındakı sağlamlıq vəziyyətindən narahatlığını ifadə edərək, anklavdakı dərman ehtiyatlarının 10 gün ərzində tükənəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Səhiyyə sahəsindəki vəziyyət getdikcə faciəvi hal alır. Qəzza zolağında kəskin tibbi personal və dərman çatışmazlığı yaşanır. Dərman ehtiyatları 10 gün ərzində tükənəcək”, - deyə telekanal Qızıl Aypara Cəmiyyətinin bəyanatında qeyd edilib.