KTMT-nin “Toxunulmaz Qardaşlıq-2023” təlimləri çərçivəsində Rusiya, Qırğızıstan, Tacikistan və Belarusun sülhməramlı qoşunları təlimlərə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan Silahlı Qüvvələrinin “Edelveys” təlim mərkəzinin hərbi təlim düşərgəsində təlimlər başlayıb.Təlimlərin ssenarisinə əsasən, hərbçilər şərti terrorçuların yerləşdiyi yaşayış məntəqəsini mühasirəyə almalıdırlar.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın oktyabrın 9-13-də Qırğızıstanda keçiriləcək KTMT-nin “Toxunulmaz Qardaşlıq” təlimlərində iştirakdan imtina etmişdi.