ABŞ Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının İsrailə hücumu ilə əlaqədar "Gerald R. Ford" təyyarədaşıyan gəmisini Aralıq dənizinin şərqinə göndərir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yaydığı yazılı açıqlamada deyilir.

"Bu gün HƏMAS-ın İsrailə hücumuna cavab olaraq və prezident Co Bayden ilə ətraflı söhbətdən sonra regional çəkindirmə səylərini gücləndirmək, Müdafiə Nazirliyinin bölgədəki mövcudluğunu artırmaq üçün bir sıra addımlar atdım. Şərqi Aralıq dənizinə “Gerald R. Ford" aviadaşıyıcısının zərbə qrupunun yerləşdirilməsi ilə bağlı əmr verdim” – Pentaqon rəhbəri qeyd edib