HƏMAS və İsrail arasında müharibə “Rusiya üçün faydalıdır” çünki beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı müharibədən yayındırır.

"Unikal" xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Polsat” nəşrinə müsahibəsində bildirib.

“Əlbəttə, bu, Rusiya və Rusiyanın Ukraynaya təcavüzü üçün sərfəlidir. Bu, dünyanın diqqətini yayındırır... Amma hər şeydən əvvəl mən qorxuram ki, bu, təəssüf ki, Avropaya daha çox miqrasiya təzyiqinə səbəb olacaq. 

Çox güman ki, biz Avropanı vuracaq növbəti Yaxın Şərq miqrant dalğasını gözləyirik... Təhlükəsizliyimiz, Polşanın sərhədlərinin mühafizəsi, eləcə də Avropa İttifaqı və Şengen zonası sərhədlərinin qorunması daha vacib hala gəlir" deyə Duda bildirib.