Bu gecə İsrailin Aşkelon şəhəri Qəzza zolağından kütləvi raket atəşinə məruz qalıb.

"Unikal" İsrail KİV-lərinə istinadən xəbər verir ki, təkcə ötən gün ərzində İsrail ərazisinə 3 mindən çox raket atılıb.

Davamlı atəş nəticəsində “Dəmir Qübbə” raketdən müdafiə sisteminin sursatı əhəmiyyətli dərəcədə tükənib. Bununla əlaqədar Təl-Əviv tədarükün artırılmasında kömək üçün ABŞ-yə müraciət edib.